Türkiyəli məşhur aktyor Kaan Urgancıoğlu səssiz-sədasız evlənib.
Bu barədə Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Verilən məlumata görə, aktyor iş qadını Burcu Denizerlə Atinada ailə həyatı qurub.
Kaan nikah görüntülərini sosial şəbəkə hesabında paylaşaraq "surpriz" deyə bildirib.
Burcu Denizerin gəlinlik əvəzinə ağ kostyum geyinməsi də diqqətdən yayınmayıb.
Qeyd edək ki, aktyor Kaan Urgancıoğlu "Kara Sevda"nın ardınca "Yargı" serialı ilə məşhurlaşıb.
Xəyalə Rza



















jpg-1689929679.webp)



