"13 ildir ailəliyəm. Şou-biznesdə ailələr uzunömürlü olsun. Çox vaxt deyrilər ki, sənət adamı ilə ailə quranda bilmirlər ki, uzun çəkməyəcək?".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "7 Özəl" verilişində deyib. İfaçı şou-biznesdə ailəli olan sənət adamlarından danışıb.
Xuraman bildirib ki, insanlar sənət adamlarının ailəli qalmasına inanmır:
"Ailəni qoruyub saxlamaq üçün hər şey qarşılıqlı olmalıdır".
Qeyd edək ki, Elçin adlı bəylə ailəli olan X.Şuşalının dörd övladı var.













_1654774863_1654775003jpg-1692357592.webp)


