Xəbər verdiyimiz kimi, pop ulduz Britni Spirs əri Sam Asgaridən boşanır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bir müddətdir boşanma xəbərləri ilə gündəmə gələn ulduz haqqında yeni xəbərlər yayılıb.
Belə ki, Samın dostu mətbuata verdiyi açıqlamada Spirsin bir neçə dəfə ərinə əl qaldırdığını iddia edib. Buna səbəb isə, Samın onu təhdid edərək pul istəməsi olub. Ötən il ailə quran cütlüyün boşanmasına başqa səbəb kimi Britninin xəyanət etməsi göstərilib.
Buna baxmayaraq, Sam sosial şəbəkə hesabında məlumat paylaşıb: "6 illik sevgi və bağlılıqdan sonra həyat yoldaşımla birlikdə münasibətimizi bitirmək qərarına gəldik. Bir-birimizə olan sevgi və hörmətimizi qoruyub saxlayacağıq və ona hər zaman ən yaxşısını arzulayıram".
Xəyalə Rza


_1654774863_1654775003jpg-1692357592.jpg)










jpg-1694781057.webp)




