• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Onları efirə buraxmaq olmaz"- Elzadan SƏRT AÇIQLAMA

MƏDƏNİYYƏT

15 Sentyabr 2023 | 16:21

"Onları efirə buraxmaq olmaz"- Elzadan SƏRT AÇIQLAMA

​​​​​"Bizim dilimiz var, leksikonumuz var, tərbiyəmiz var. Elə birinci tərbiyə də bizim leksikonumuz, ədəbi dilimizdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artisti Elza Seyidcahan verilişlərin birində səsləndirib.

Onun sözlərinə görə, məktəblərdə bəzi müəllimlər ləhcə ilə danışır. Tələbələr də ondan nə öyrənəcək. Elə ləhcə ilə danışırlar.

“Bayaq bir qız yaxınlaşıb ki, jurnalist olmaq istəyirəm. Ağzını açıb danışanda az qalsın beynimə qan sızmışdı. Elə jurnalist olmaz. Qıza yazığım gəldi” deyən Əməkdar artist qeyd edib ki, müəllimlərdən çox şey asılıdır.

E.Seidcahan vurğulayıb ki, dilimizi korlamaq olmaz: “Dilimiz bizim tərbiyəmizdir. Ən böyük kobud ləhcə dağlıların ləhcəsidir. Məni görmüsüz elə ləhcə ilə danışam? Olmaz belə şey. Elə insanları efirə qəti şəkildə buraxmaq olmaz".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026