Türkiyəli sənətçi Seda Sayan sosial şəbəkədə adından söz etdirib.
Bakıvaxtı.az xəbər verir ki, Seda instaqram hesabında hər kəsi izləməsindən çıxarıb. Belə ki, o, yalnız ailə üzvlərindən həyat yoldaşı Çağlar Ökteni və oğlu Oğulcan Engini saxlayıb.
Hətta ən yaxın dostu Safiye Soymanı da izləmədən çıxaran müğənni bu addımı ilə izləyicilərinin diqqətini çəkib.
Qeyd edək ki, Sedanın sosial şəbəkədə 3.5 milyon izləyicisi var.
Xəyalə Rza
















