• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Bir paçka şirvanı qarşıma qoydu ki..."- Yusif Mustafayev

MƏDƏNİYYƏT

15 Sentyabr 2023 | 17:37

"Bir paçka şirvanı qarşıma qoydu ki..."- Yusif Mustafayev

Əməkdar artisti Yusif Mustafayev illər öncə etdiyi bir əməldən söz açıb.

Bakıvaxtı.az xəbər verir ki, qonaq olduğu verilişlərin birində müğənni kasıb bir uşağa yardım əli uzatdığını deyib.

"1978-ci ildə rayonların birində yayın cır istisində toyda idim. Qıraqda bir balaca uşaq gördüm. Hiss etdim ki, nəyəsə ehtiyacı var. Çağırdım yanıma, soruşdum ki, atan var? Dedi, yoxdur. Ona 3 manat verdim,  dedim anan sənə ayaqqabı alar. Onda da pulun dəyəri var idi. Ayaqqabı 1 manat 20 köpük olardı",-deyə müğənni bildirib.

Əməkdar artist sözünə belə davam edib: "İllər keçdi. Bir dəfə toyda hündür bir oğlan gəldi, qarşıma “şirvan paçkası” qoydu. Təxminən 1990-cı illər olardı. Onda bir “şirvan” 100 manata bərabər idi. Dedi ki, Yusif bəy, soruşmursuz heç mən bu pulu niyə verirəm? Dedim niyə? Onda başladı danışmağa ki, bəs belə-belə... Sonra da dedi ki, anam o pula ayaqqabı almadı. Əvəzinə evə yağ, qənd, çay aldı. Bazarlıq etdi. Ondan sonra bir neçə gün bizim evdə bayram oldu. Ona görə, unutmadım o yaxşılığını dedi.

Belə şeylər olur. Mən də zamanında imkanım olmayanda kimdənsə pul almışam".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026