• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Məhkəmədə anamın üzünə..."- Sonaxanım Əliyeva

MƏDƏNİYYƏT

21 Iyul 2023 | 16:55

"Məhkəmədə anamın üzünə..."- Sonaxanım Əliyeva

Aktrisa Sonaxanım Əliyeva mərhum anasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, verilişlərin birində anası ilə arasında yaşanan qalmaqaldan söz açıb. 

"Bir dəfə məndən xəbərsiz efirə zərf gəldi. Dedilər açaq? Dedim ki, açın. Mənim kimsədən gizli bir şeyim yoxdur", - deyə bildirib.

Aktrisa qeyd edib ki, anasından imtina etməyib: "Ertəsi gün qara yaxan saytlar götürüb yazdılar ki, anamdan imtina etmişəm. Mən də dedim ki, elə bir söhbət yoxdur. Etmiş olsam, cavan vaxtı edərdim. Sonra da gedib rahat yaşayardım. Mən ikinci dəfə evlənmədim. Hər şeyi qoydum qırağa. Anama polislərin qarşısında bir kəlmə artıq söz demədim. Məhkəmədə hakim qarşısında belə anamın üzünə güldən ağır nəsə demədim".

Qeyd edək ki, aktrisa S.Əliyevanın anası ondan imtina etmişdi. Aktrisanın anası 2022-ci ilin yanvarında dünyasını dəyişib.

Xəyalə Rza 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR