• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Rahat soyunub çimə bilmirik" - Nəfəs

MƏDƏNİYYƏT

21 Iyul 2023 | 15:13

"Rahat soyunub çimə bilmirik" - Nəfəs

Müğənni Nəfəs hovuz kənarında uzun şalvarda istirahət edib.

Bakıvaxtı.az xəbər verir ki, ailəsi ilə birgə istirahət edən Nəfəsin görüntüləri sosial şəbəkələrdə qısa zaman ərzində yayılıb və müzakirələrə səbəb olub.

İfaçı hovuz kənarında belə qapalı geyimdə olmasının səbəbini də açıqlayıb. O, bildirib ki, buna səbəb kənardakı şəxslər tərəfindən çəkilməsindən qorxmağıdır:

“Biz sənətçi olduğumuza görə, rahat soyunub çimə bilmirik. Rahat istirahət edə bilmirik. Bilirsiniz ki, indi hər kəsin əlində telefon var və hər anı qeyd edirlər. İstəmirəm, qoy belə oturum, beynim sakit olsun. Uşaqları gətirmişəm, onlar çimsinlər, mən baxıram…” (Demokrat.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR