• Bakı 17° C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub

SİYASƏT

31 Yanvar 2025 | 11:50

Yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub

Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastruktur yaratmaq lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bunu “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışında bildirib.

Baş nazir deyib ki, belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır: “İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub. Dövlət idarəçiliyinin rəqəmsallaşması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub”.


SON XƏBƏRLƏR

24 Aprel 2025