• Bakı 13° C

    14.13 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Yaşı 9-dan yuxarı olan uşaqların I sinfə qəbulu mümkündür? 

CƏMİYYƏT

24 Aprel 2024 | 15:59

Yaşı 9-dan yuxarı olan uşaqların I sinfə qəbulu mümkündür? 

"Yaşı 9 və yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunurlar. Bu, təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq həyata keçirilir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "facebook" hesabı üzərindən keçirdiyi canlı yayımda çıxış edən Agentliyin baş məsləhətçisi Fərid Bilişzadə deyib.

Onun sözlərinə görə, yaşı 9 və yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçməlidirlər:

"Daha sonra 01.07.2024-cü il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər  Əgər ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər".

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024