Yay aylarında heyvan dişləmələrinin sayında artım müşahidə olunur və bu səbəbdən əhalinin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bu fikirləri səsləndirib.
“Heyvan dişləməsi dedikdə, insanın heyvan tərəfindən dişlənməsi, cırmaqlanması və ya tüpürcəyi ilə təmas nəticəsində zədə alması və bunun fonunda təhlükəli yoluxucu xəstəliklərə yoluxma riski nəzərdə tutulur. Belə hallarla insanlar istənilən məkanda qarşılaşa bilərlər. Bu, ev şəraitində saxlanılan heyvanlar tərəfindən də baş verə bilər. Eyni zamanda parklar, istirahət məkanları, dənizkənarı ərazilər və digər açıq sahələrdə də heyvan dişləməsi və cırmaqlanması halları ilə üzləşmək mümkündür”, – deyə Aytəkin Qurbanova bildirib.
Zeynəb Rzayeva
Bakı 



