• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Yeni Milli Qiymətləndirmə Standartları hazırlanacaq

CƏMİYYƏT

26 Noyabr 2025 | 13:33

Yeni Milli Qiymətləndirmə Standartları hazırlanacaq

Noyabrın 29-da Bakıda Azərbaycan Qiymətləndiricilər Palatasının təşəbbüsü ilə qiymətləndirmə sahəsinə dair Beynəlxalq Forum təşkil olunacaq.

Bakıvaxtı.az Palataya istinadən xəbər verir ki, forumda müxtəlif ölkələrdən qiymətləndirmə palatalarının və cəmiyyətlərinin rəhbər şəxsləri iştirak edəcəklər.

Forumda Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, TDUB İdarə Heyəti üzvü, Ankara Universiteti professoru, beynəlxalq ekspert Harun Tanrıvermiş, Gürcüstan Qiymətləndiricilər Assosiasiyasının prezidenti, İqtisad üzrə elmlər doktoru, RICS Kral Sertifikatlı Qiymətləndiricilər Cəmiyyətinin üzvü, REV Tanınmış Avropa Qiymətləndiricisi, Gürcüstan qanunvericiliyinə əsasən daşınmaz əmlak, daşınar əmlak və biznes üzrə sertifikatlı qiymətləndirici, 2024–cü ildən indiyədək Avropa Biznesin Qiymətləndirilməsi Standartları Komitəsinin (BVSC) üzvü, 2022–2024 Avropa Daşınmaz Əmlakın Qiymətləndirilməsi Standartları Komitəsinin (TEGOVA) üzvü Nino Beraia, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri, regional ekspert Sovetbek Zakirov və Qazaxıstan Milli Qiymətləndirmə Palatasının rəhbəri Mirzabek Amanbayev mühazirələrini təqdim edəcəklər.

Tədbirin sonunda bütün iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq. Burada beş yeni istiqamət üzrə standartlaşdırma çərçivəsi, regional əməkdaşlıq imkanları, 2026-2027-ci illər üçün ortaq standart proqramı və "Bakı Bəyannaməsi" layihəsi müzakirə olunacaq. Milli qiymətləndirmə standartlarının beynəlxalq qiymətləndirmə standartlarına uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılacaq.


SON XƏBƏRLƏR

25 Noyabr 2025