• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Yoluxma sayı açıqlandı - KORONAVİRUS STATİSTİKASI

CƏMİYYƏT

31 May 2023 | 21:02

Yoluxma sayı açıqlandı - KORONAVİRUS STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 500 nəfər müalicə olunaraq sağalıb, 10 274 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.

Ölkədə son sutka ərzində 1923, hazırkı dövrədək isə 7 662 334 test aparılıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024