• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Daşkəsəndə sel fəsadlar törətdi - FOTO

CƏMİYYƏT

30 Iyun 2023 | 20:46

Daşkəsəndə sel fəsadlar törətdi - FOTO

Daşkəsənə yağan intensiv leysan qısa müddətdə çaylarda daşqınlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.

Rayonun yol infrastrukturu, elektrik xətləri, fərdi yaşayış evləri, əkin sahələri, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib.

Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.

Daşkəsən Rayon İcra Hakimiyyəti ziyanın aradan qaldırılması istiqamətində işlər aparır.


Daşkəsəndə sel fəsadlar törətdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026