• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Həyat yoldaşını öldürüb intihara cəhd etdi

CƏMİYYƏT

30 Iyul 2023 | 20:10 | Müəllif: Subhan Mahmudov

Həyat yoldaşını öldürüb intihara cəhd etdi

Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi intihara cəhd edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, iyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026