• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olundu - VİDEO

CƏMİYYƏT

30 Iyun 2023 | 20:55

İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olundu - VİDEO

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət qismən bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub. 

Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.

***

Sel suları İsmayıllıda fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, sel suları Lahıc yolunu dağıdıb. Nəticədə qəsəbənin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026