• Bakı 24° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Zaur Mikayılov: "Bakı Su Həftəsində bir sıra müqavilə və anlaşmalar imzalanacaq"

CƏMİYYƏT

10 Sentyabr 2025 | 10:15

Zaur Mikayılov: Bakı Su Həftəsində bir sıra müqavilə və anlaşmalar imzalanacaq

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində bir sıra mühüm müqavilə və anlaşmaların imzalanması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Artıq "ACWA Power" ilə əməkdaşlıq istiqamətində razılıq əldə olunub. Hazırda müqavilənin detalları dəqiqləşdirilir. Yaxın zamanda bu sənədin imzalanması planlaşdırılır".

Z.Mikayılov bildirib ki, forumda həmçinin beynəlxalq tərəfdaşlarla geniş müzakirələr aparılacaq: "Burada çoxlu beynəlxalq tərəfdaşlarımız iştirak edir. Məqsədimiz bu sahədə problemlərin həllində dünya təcrübəsindən yararlanmaqdır. Müxtəlif əməkdaşlıqlar, müqavilə və anlaşmalar nəzərdə tutulur. Onların bir qismi açıq elan ediləcək, bəziləri isə sürpriz olacaq".


SON XƏBƏRLƏR

09 Sentyabr 2025