• Bakı 21° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Gəncədə itkin düşən məktəbli TAPILDI - YENİLƏNİB

CƏMİYYƏT

10 Oktyabr 2025 | 00:12

Gəncədə itkin düşən məktəbli TAPILDI - YENİLƏNİB

Gəncədə itkin düşən 9-cu sinif şagirdi tapılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının axtarışları nəticəsində  itkin düşən 2009-cu il təvəllüdlü Elşan Alıməmmədov tapılaraq ailəsinə təhvil verilib.

*** 12:20

Gəncədə 9-cu sinif şagirdi itkin düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşan Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq adı ilə çıxıb. Bundan sonra məktəblidən xəbər olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hazırda şəxsin yerinin müəyən olunaraq ailəsinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər keçirilir. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək. Şəxsi görən şəxslərdən 102 zəng mərkəzinə və yaxud da ərazi üzrə polis orqanlarına müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, Elşan Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir./Unikal


SON XƏBƏRLƏR

09 Oktyabr 2025