• Bakı 21° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Bu dərmanlar icbari sığorta hesabına VERİLƏCƏK - VİDEO

CƏMİYYƏT

10 Oktyabr 2025 | 00:41

Bu dərmanlar icbari sığorta hesabına VERİLƏCƏK - VİDEO

Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı mərhələli yanaşma tətbiq ediləcək.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, hazırda bunun üçün müvafiq texnoloji inteqrasiyalar, apteklərlə əməkdaşlıq mexanizmləri və hesabatlılıq sistemi üzərində iş aparılır.

Bu addım vətəndaşların müalicə prosesində maliyyə yükünü azaltmaqla yanaşı, onların tibbi xidmətlərdən fasiləsiz yararlanmasını da təmin etməyi hədəfləyir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirib ki, sistemin hazırlanması istiqamətində hüquqi və texniki mexanizmlərin formalaşdırılması istiqamətində işlər görülür.

O da bildirilib ki, sistemin bu ilin sonunadək hazırlanması, sözügedən dərman vastiələrinin qarşılanması isə növbəti il üçün nəzərdə tutulub.

Daha ətraflı videomaterialı təqdim edirik.


SON XƏBƏRLƏR

09 Oktyabr 2025