• Bakı 19° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

İrəvan hökuməti "Zəngəzur dəhlizi" ifadəsinin müzakirəsinə günlər həsr edir

SİYASƏT

09 Oktyabr 2025 | 15:14

İrəvan hökuməti Zəngəzur dəhlizi ifadəsinin müzakirəsinə günlər həsr edir

"Vaşintondan sonra Azərbaycan və Ermənistan liderlərinin Danimarkada, Kopenhagendə görüşü yekun sülh sazişinin imzalanması yönündə atılan növbəti müsbət addım oldu".

Bu barədə siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair Moskvada, Sankt-Peterburqda, Kazanda, Astanada və digər şəhərlərdə illərlə davam edən müzakirələrə şahidlik etmişik. Amma bu görüşlər heç bir nəticə verməyib. Ümumiyyətlə prosesin kiçik də olsa irəliyə doğru getməsinə şərait yaratmayıb:

“Moskvanın vasitəçiliyi ilə keçirilmiş görüşlər birmənalı olaraq Ermənistan tərəfinin hakim mövqeyini sərgiləyib. Rusiyada baş tutan təmaslarda Azərbaycanın haqlı mövqeyi arxa plana keçirilib. O baxımdan çox sevindirici bir haldır ki, Vaşinqton görüşü tamam fərqli oldu və çox ciddi nəticələr əldə edildi”.

Fuad Abbasov: Sevindiricidir ki, Vaşinqton görüşündə çox ciddi nəticələr əldə edildi

Müsahibimiz bildirib ki, Kopenhagendə keçirilmiş görüş də Vaşinqton prosesinin davamıdır. Danimarka Avropa İttifaqının ən fəal üzvlərindən biridir. Onun fikrincə, lakin yenə də sülh yolunda atılan addımları qənaətbəxş hesab etmək olmaz. Bu da birbaşa Ermənistanla bağlı məsələdir.

“İrəvan hökuməti ciddi məsələləri kənara qoyaraq, "Zəngəzur dəhlizi" ifadəsinin müzakirəsinə günlər həsr edir, söhbəti beynəlxalq tribunaya daşıyır. Halbuki, terminologiya heç nəyi, prosesin mahiyyətini dəyişmir", - deyə Fuad Abbasov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR