• Bakı 19° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Rusiya AZAL təyyarəsinə görə kompensasiya ödəyəcək - Putin

SİYASƏT

09 Oktyabr 2025 | 16:02

Rusiya AZAL təyyarəsinə görə kompensasiya ödəyəcək - Putin

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Düşənbədə keçirilən görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.

    Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.

    Hadisə haqda danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib.

    “Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.


    SON XƏBƏRLƏR