• Bakı 18° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Quş qripi ilə bağlı bu ölkələrdən malların idxalı qadağan edildi

CƏMİYYƏT

09 Oktyabr 2025 | 19:16

Quş qripi ilə bağlı bu ölkələrdən malların idxalı qadağan edildi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniya Krallığının Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, İran İslam Respublikasının Ərdəbil əyalətində, Bolqarıstan Respublikasının Haskovo vilayətində, Danimarka Krallığının Cənubi Danimarka regionunda, Niderland Krallığının Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Belə ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.


SON XƏBƏRLƏR