• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Vinisiusun evində yanğın

İDMAN

09 Oktyabr 2025 | 18:09 | Müəllif: Subhan Mahmudov

Vinisiusun evində yanğın

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun evində yanğın baş verib.

Bakıvaxtı.az “Marca” nəşrinə istinadla xəbər verir ki, ilkin məlumata görə, buna elektrik naqillərində yaranan nasazlıq səbəb olub.

Yanğın zirzəmidə yerləşən saunanın asma tavanında başlayıb, otaq tamamilə yanıb. Hadisə yerinə iki yanğınsöndürən briqadası gəlib, alovun digər otaqlara keçməsinin qarşısı qısa zamanda alınıb.

Hadisə nəticəsində xəsarət alan və zəhərlənən olmayıb. Vinisius yanğın baş verən vaxt evdə olmayıb. O, hazırda Braziliya millisinin düşərgəsindədir.

Qeyd edək ki, Braziliya yığması oktyabrın 10-da Cənubi Koreya, 14-də isə Yaponiya ilə yoldaşlıq oyunları keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026