• Bakı 19° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

İmişlidə ağır qəza - ölən və xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

09 Oktyabr 2025 | 17:15

İmişlidə ağır qəza - ölən və xəsarət alanlar var - YENİLƏNİB

İmişli rayonunun Məzrəli kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub..

Bakıvaxtı.az xəbər verir ki, qəza zamanı ölən şəxs Cəbrayıl rayon sakini, 2004-ci il təvəllüdlü Məhərrəmov Sahil Araz oğludur. Onun toqquşan avtomobillərdən birinin sürücüsü olduğu bildirilir.

Həmçinin qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

15:31

İmişli rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 14:00 radələrində rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (1-i uşaq olmaqla 3-ü kişi, 2-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi) ölüm faktı qeydə alınıb.


SON XƏBƏRLƏR