Bir çox insan istifadə üçün proqram yükləyəndə onların mənşəyinə fikir vermir... Hazırda aktiv istifadə olunan ermənistan mənşəli proqramlar var...
Bakıvaxtı.az xəbər verir ki, texnobloger Fərid Pərdəşünansın sözlərinə görə, bu proqramlardan istifadə vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır.
Bununla bərabər müxtəlif bu tipli proqramlar var ki, onlar da hazırda geniş istifadə edilir. Hansı ki, bunların da mənşəyi Ermənistandır və ciddi təhlükə mənbəyidirlər.
Texnobolger bildirib ki, burada insan faktoru çox önəmlidir. Bu səbəbdən bu tətbiqlərdən uzaq durmaq və onların qarşısında göstərilən alternativlərdən istifadə tövsiyə olunur. Çünki, burda əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər.
Mövzu ilə bağlı xezerxeber.az-ın daha ətraflı videomaterialını təqdim edirik.