"Rusiya İstanbulda Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra əldə olunan bütün razılaşmalara məsuliyyətlə yanaşacaq".
Bakıvaxtı.az "Rossiya 24" telekanalına istiandən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomatın sözlərinə görə, Ukrayna hakimiyyəti İstanbulda Rusiya ilə danışıqların növbəti raundunu pozmaq üçün xeyli səy göstərib:
"Rusiya tərəfi əldə olunmuş razılaşmaların həyata keçirilməsinə məsuliyyətlə yanaşmaq niyyətindədir".
Qeyd edək ki, iyunun 2-də İstanbulun Çırağan sarayında münaqişənin həlli üzrə Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilib.
Gülşən Şərif