• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Zelenski ABŞ-yə təşəkkür edib

DÜNYA

27 Sentyabr 2024 | 16:42

Zelenski ABŞ-yə təşəkkür edib

Ukrayna prezidenti Vladimir Zelenski 7,9 milyard dollar dəyərində yeni müdafiə yardımı paketinə görə ABŞ-yə təşəkkür edib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bununla bağlı Zelenski "Telegram"da paylaşım edib.

O, ümumi məbləği 7,9 milyard dollar olan yeni müdafiə yardımı paketi təqdim etdiyinə görə ABŞ-yə minnətdarlığını bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, yeni paketə əlavə "Patriot" zenit-raket kompleksi, digər hava hücumundan müdafiə sistemləri və ələ keçirən qurğular, pilotsuz təyyarələr, uzaqmənzilli raketlər, "hava-yer" döyüş sursatları, habelə Ukrayna ordusunun gücləndirilməsi üçün vəsait daxil olacaq. 

Zelenski həmçinin F-16 qırıcı pilotlarının təlim proqramını genişləndirmək qərarına görə Amerikaya təşəkkür edib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR