• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski: Biz demokratiyanı müdafiə edirik

DÜNYA

21 Iyun 2023 | 13:06

Zelenski: Biz demokratiyanı müdafiə edirik

24 fevraldan əvvəl biz artıq iqtisadi münasibətlərdə oliqarx modelini aradan qaldırmağa başladıq. Bu, yalnız oliqarxlarla, fərdlər bağlı deyil, iqtisadi əlaqələrlə bağlı yanaşmanın bütövlükdə dəyişməsidir, həm də maliyyə sisteminin şəffaflığı, bank münasibətləri sisteminin dayanıqlığı, bazarın liberallaşması ilə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Londonda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı bildirib.

Tədbirə videokonfrans formatında qoşulan Ukrayna lideri qeyd edib ki, ölkəsində bütün iqtisadi qurumlara bərabər və hüquqi şərtlər yaradılıb: “Bütün sahələrdə islahatlara davam edəcəyik. Biz demokratiyanı müdafiə edirik və regionumuzda demokratiyanın qalib gələcəyi ilə bağlı ümid yaradırıq. Biz Ukraynanın yenidən quraraq, bərpa edərək yalnız bir ölkəni qurmuruq, biz yeni dünyanı qururuq ki, bura bizdən sonra demokratiyanın, sülhün bərqərar olduğu, stabil dünya olacaq və bu bizlərdən asılıdır”.

Ukrayna Prezidenti çıxışında onun ölkəsinin qlobal səviyyədə kənd təsərrüfatı və qida təhlükəsizliyindəki roluna da toxunub. Prezident vurğulayıb ki, bu gün dünyada yüz milyonlarla insan Ukraynanın kənd təsərrüfatı məhsullarından asılıdır. Zelenski, bu kontekstdə “Rusiyanın təcavüzkar müharibəsi nəticəsində qlobal ərzaq təhlükəsizliyi üçün yaranan təhlükəni” vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026