Rusiyanın Ukraynanın Xarkov və Donetsk vilayətlərinə hava zərbələri davam edir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə telefon danışığında müharibənin dayandırılmasına yönəlmiş diplomatik səyləri müzakirə edərkən deyib.
Prezident qeyd edib ki, hücumlar nəticəsində 5 nəfər həlak olub, onlarla insan yaralanıb. Hücumlar zamanı yaşayış binaları və digər mülki obyektlərə ziyan dəyib.
Zelenski həmçinin Avropa liderləri ilə görüşlər keçirərək Ukraynaya dəstəyin davam etdirilməsi məsələsini müzakirə etdiyini bildirib.
Böyük Britaniya, Fransa və Almaniya liderləri birgə bəyanatla Ukraynaya dəstəklərinin dəyişməz qaldığını vurğulayıb, qarşıdakı beynəlxalq sammitlərdə bu dəstəyin gücləndirilməsi imkanlarını nəzərdən keçirəcəklərini açıqlayıblar.
Aydan Məlikməmmədova
BDE-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



