Ukrayna ABŞ-yə yeni sülh planı təqdim etməyə hazırlaşır.
Bakıvaxtı.az BBC-yə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, ölkəsinin heç bir ərazisini Rusiyaya verməyəcəyini, bunun nə hüquqi, nə də mənəvi baxımdan mümkün olmadığını bildirib:
"Kiyev və Avropa liderləri ABŞ-nin ilkin 28 bəndlik sülh təklifinin Ukrayna üçün riskli olduğunu deyərək dəyişikliklərə nail olublar".
Zelenski planın 20 bəndə endirildiyini, lakin Donbas və Zaporojye AES ilə bağlı mövqelərdə kompromisə getmədiklərini vurğulayıb.
Məlumatda bildirilir ki, ABŞ ilə son danışıqlarda razılaşma əldə olunmadığı üçün Kiyev yeni alternativlər hazırlayır.
Londonda keçirilən təcili zirvə görüşündə Zelenski, Starmer, Makron və Merz Ukraynaya dəstəyin artırılmasını və ədalətli, davamlı sülhün yalnız güclü təhlükəsizlik təminatları ilə mümkün olduğunu bildiriblər. Britaniya və Fransa Ukraynaya beynəlxalq qoşun göndərilməsini müzakirə etsə də, Almaniya və İtaliya tərəddüd edir. Zelenski daha sonra Brüsseldə NATO və Aİ rəhbərləri ilə görüşüb.
Qeyd edək ki, Tramp Zelenskini sülhün qarşısında əsas maneə adlandırıb və ABŞ təklifinin Rusiyanı “qane etdiyini” deyib.
Zeynəb Rzayeva
Bakı 



