Ukrayna məhkəməsi enerji korrupsiyası işində təqsirləndirilən və Ukrayna Prezidenti Volodimir Zelenskinin müttəfiqi Timur Mindiç barəsində qiyabi həbs qətimkan tədbiri seçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Obşçestvennoye" televiziya kanalı məlumat yayıb.
"Mindiç barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Müstəntiqlər Mindiçin enerji sektorunda korrupsiya sxemləri vasitəsilə pul alan və yuyan qrupun lideri olduğunu düşünürlər", - deyə məlumatda bildirilir.
Jurnalistlər qeyd ediblər ki, dövlət Mindiç üçün vəkil təyin edib. Lakin müdafiə tərəfi onunla əlaqə saxlaya bilməyib.
Bakı 



