• Bakı 20° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Neftçi”dən darmadağın, Qəbələdə heç-heçə - YENİLƏNİB

İDMAN

14 Mart 2021 | 19:27

“Neftçi”dən darmadağın, Qəbələdə heç-heçə - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Bakıvaxt.az xəbər verir ki, ikinci günün ilk matçında "Qəbələ" klubu “Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Zirə" turnir cədvəlində 3-cü, 23 xalı olan "Qəbələ" isə 5-ci pillədə qərarlaşıb.

Həftənin son matçında "Neftçi" və "Səbail" komandaları üz-üzə gəlib. Maraqlı epizodlarla yadda qalan görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla xallarını 42-yə çatdıran "Neftçi" liderliyini qoruyub. "Səbail" isə 18 xalla 6-cı pillədə qalıb.

Azərbaycan Premyer Liqasında 20-ci turun nəticələri:

“Neftçi” – “Səbail” - 4:0
“Qəbələ” –“Zirə” - 1:1
"Qarabağ" - "Sabah" - 2:0
"Sumqayıt" - "Keşlə" - 2:2


 


“Neftçi”dən darmadağın, Qəbələdə heç-heçə - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR