• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Ziyafət Əsgərov: "Bu dövlətin qədrini bilin"

SİYASƏT

21 Fevral 2025 | 12:14

Ziyafət Əsgərov: Bu dövlətin qədrini bilin

“Təxminən 25 il ərzində xarici ölkələrə gedəndə bizə nələr deyirdilər və biz nələri udurduq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, həmin dövr problemlər çox idi və Konstitusiyanın qəbul edilməsi yurisdik cəhətdən ona imkan yaratdı ki, Prezident ölkənin iqtisadiyyatı, hərbi gücü, xalq-iqtidar birliyini bir yerə topladı.

Z.Əsgərov qeyd edib ki, "Dəmir Yumruq" ilə suverenliyimizi bütün Azərbaycanın ərazisində təsbit etdik:

“Konstitusiyanın 11-ci maddəsi göstərir ki, Azərbaycan ərazisi vahiddir, toxunulmazdı, bölünməzdir. Amma təəssüf ki, müəyyən müddət ərazində qanunlarımız işğal olunan ərazilərdə işləmədi. Biz artıq buna nail olduq. Keçən il azad edilmiş ərazilərdə həm prezident, həm də parlament seçkiləri keçirdik. Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu dövlətin qədrini bilin”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Fevral 2025