• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ziyafət Əsgərov: "Türkiyə və Azərbaycanın dostluğunu qısqananlar var"

SİYASƏT

07 Dekabr 2024 | 17:49

Ziyafət Əsgərov: Türkiyə və Azərbaycanın dostluğunu qısqananlar var

"Parlament diplomatiyası Azərbaycan və Türkiyənin maraqlarını nəzərə almalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, parlament diplomatiyasının əsas məqsədlərindən biri hibrid təhlükəsizliyin təmin edilməsidir:

"Bu problemi ciddiyə almaq lazımdır. Xüsusilə Türkiyə və Azərbaycanla bağlı hibrid təhlükələr önəmli məsələdir. Biz Milli Məclisdə xüsusi komissiya yaratdıq ki, bununla məşğul olsun. Türkiyə və Azərbaycanın dostluğunu qısqananlar var. Ona görə də parlament diplomatiyası hər iki dövlətin təhlükəsizliyini nəzərə almalı, təkcə Azərbaycanın deyil, Türkiyənin də maraqlarına uyğun qanunlar, qərarlar qəbul edilməlidir".


SON XƏBƏRLƏR

18 Aprel 2025