İran prezidenti Məsud Pezeşkian yanvarın ortalarında Moskva və Düşənbəyə səfəri zamanı Rusiya və Tacikistandan olan həmkarları ilə görüşlər keçirəcək.
Bakıvaxtı.az Mehr agentliyinə istinadən xəbər verir ki, o, rus və tacik həmkarları Vladimir Putin və Emoməli Rəhmondan bu ölkələrə səfər etmək üçün dəvət alıb.
Məlumata görə, səfərlər zamanı ölkələr arasında əməkdaşlığın inkişafı üçün bir sıra sənədlər imzalanacaq.
Gülşən Şərif