• Bakı C

    1.18 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Zorakılığa məruz qalan qız müəssisəyə yerləşdirildi - Atalığı saxlanıldı

CƏMİYYƏT

09 Fevral 2026 | 17:45

Zorakılığa məruz qalan qız müəssisəyə yerləşdirildi - Atalığı saxlanıldı

Atalığı tərəfindən cinsi zorakılığa məruz qalan 11 yaşlı qız müəssisəyə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O bildirib ki, 8 yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan qızcığazın artıq anası tərəfindən də təhdidlərin olma səbəbindən onun uşaq müəssisəsinə yerləşdirilməsinə zərurət yaranıb.

Onun sözlərinə görə, uşaq özü polisə gedərək ona qarşı olan cinayəti etiraf edib.

"“Atalıq” təhqiqat müddətinə saxlanılıb. Azyaşlı xəstəxanada müayinə olunub və bu gün müəssisəmizə yerləşdirilib”, - o əlavə edib.


SON XƏBƏRLƏR