• Bakı C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Sibiqa Ceyhun Bayramovla müzakirə apardı
SİYASƏT
08 Aprel 2026 | 18:53

Sibiqa Ceyhun Bayramovla müzakirə apardı

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, ukraynalı nazir bu barədə “X” hesabında yazıb.

    “Azərbaycanlı həmkarım Ceyhun Bayramov ilə telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik.

    Həmçinin təhlükəsizlik məsələləri, konektivlik, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlər üzrə fikir mübadiləsi apardıq”, - nazir qeyd edib.


    SON XƏBƏRLƏR