• Bakı 10° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Buffon da istefa verdi

İDMAN

02 Aprel 2026 | 21:02

Buffon da istefa verdi

İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon Bosniya və Herseqovina ilə oyundan sonra istefa verdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, əfsanəvi qapıçı yığmanın ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasını böyük məyusluqla qarşıladığını bildirib. O, federasiya prezidenti Qabriel Qravinanın gedişindən sonra özünü məsuliyyətli hiss edərək bu addımı atdığını qeyd edib.

2023-cü ilin yayından millidə çalışan Buffon əsas məqsədlərinin İtaliyanı yenidən dünya çempionatına qaytarmaq olduğunu, lakin buna nail ola bilmədiklərini etiraf edib: 

“İstefam səmimi və çətin qərardır. İtaliyanı layiq olduğu yerə qaytara bilmədik. Yeni rəhbərliyə seçim etmək imkanı vermək istəyirəm”.

Qeyd edək ki, o, fəaliyyəti dövründə gənc istedadların inkişafı və aşağı yaş qrupları ilə əsas komanda arasında əlaqələrin gücləndirilməsi istiqamətində layihələr üzərində işlədiyini vurğulayıb. 

Xatırladaq ki, İtaliya millisi DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq (1:4) turnirlə vidalaşıb.


SON XƏBƏRLƏR

02 Aprel 2026