• Bakı 10° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Yeni sədr rəisi vəzifəsindən azad etdi

CƏMİYYƏT

02 Aprel 2026 | 17:34

Yeni sədr rəisi vəzifəsindən azad etdi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) daha bir kadr dəyişikliyi olub.

Bakıvaxtı.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu işdən azad edilib.

ASCO-dan bildirilib ki, Taqət Qurbanov Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

Hazırda bu vəzifəyə təyinat yoxdur.

Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib. Ötən ay sədr müavinləri Nəzrəddin Murad oğlu Əhmədzadə və Tariyel Taleh oğlu Mirzəyev də vəzifələrindən azad olunublar.


SON XƏBƏRLƏR

02 Aprel 2026