• Bakı 12° C

    12.97 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

"Rent A Car" yandı - 14 lüks avtomobil... - FOTO

CƏMİYYƏT

06 Aprel 2026 | 09:03

Rent A Car yandı - 14 lüks avtomobil... - FOTO

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda avtomobil kirayəsi şirkətinin önünə park edilmiş 14 lüks maşın yanıb.

Bakıvaxtı.az-ın "TRT Haber"ə istinadən xəbərinə görə, şirkətin önündə park edilmiş bir avtomobildə başlayan yanğın qısa müddət ərzində ətrafdakı maşınlara keçib.

Hadisə yerinə yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində 14 lüks avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, yanğın qəsdən törədilib. Araşdırma aprılır.


SON XƏBƏRLƏR

05 Aprel 2026