Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərən otel simulyasiyası mərkəzi bir müddət sonra real mehmanxana kimi fəaliyyət göstərə bilər.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyi tərəfindən aprelin 3-də təşkil edilmiş mediaturda nazir müavini Kənan Kərimzadə deyib.
Onun sözlərinə görə, bu təcrübədən dünyanın bir çox ölkəsində istifadə edilir:
"Biz hələ ki, işin başlanğıc hissəsindəyik. Bu simulyasiya mərkəzi bütün standartlara cavab verir. Belə təcrübə dünya sistemində də mövcuddur. Ölkəmizdə də zamanla istifadə olunması nəzərdə tutula bilər".
Əli Hüseynov
Bakı 




