• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR: daha 2-nin...

CƏMİYYƏT

06 Aprel 2026 | 12:12

Dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR: daha 2-nin...

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sualına cavab olaraq Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə isə meninqoensofalit ( beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, biri ölüb.


SON XƏBƏRLƏR