• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

BƏƏ Suriyaya etiraz etdi

    DÜNYA

    06 Aprel 2026 | 13:29

    BƏƏ Suriyaya etiraz etdi

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkəsinin Dəməşqdəki səfirliyinə və missiya rəhbərinin iqamətgahına qarşı törədilmiş iğtişaş, vandalizm cəhdləri və hücumları qətiyyətlə pisləyib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

    Qeyd edilib ki, BƏƏ bu cür qəbuledilməz hərəkətləri, o cümlədən ölkənin milli rəmzlərinə yönəlmiş hücumları tam şəkildə rədd edir. Diplomatik nümayəndəliklərin, onların binalarının və əməkdaşlarının qorunması beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməlidir.

    Həmçinin vurğulanıb ki, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası diplomatik nümayəndəliklərin toxunulmazlığını və diplomatik heyətin təhlükəsizliyini təmin edir.

    BƏƏ Suriya Ərəb Respublikası hökumətini səfirliyin və onun əməkdaşlarının mühafizəsini təmin etməyə, baş vermiş hadisəni araşdırmağa, belə halların təkrarının qarşısını almağa və təqsirkarların məsuliyyətə cəlb olunması üçün bütün zəruri hüquqi tədbirləri görməyə çağırıb.


    SON XƏBƏRLƏR