• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bakıda bəzi küçələr bağlanacaq  - SƏBƏB

CƏMİYYƏT

06 Aprel 2026 | 10:12

Bakıda bəzi küçələr bağlanacaq  - SƏBƏB

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Təşkilat Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bununla əlaqədar WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Monitorinq Bakı Kristal Zalı, “Fairmont Baku Flame Towers”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Baku”, “The Ritz-Carlton”, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digər məlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.


SON XƏBƏRLƏR

05 Aprel 2026