• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib - RƏSMİ

CƏMİYYƏT

06 Aprel 2026 | 12:23

Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib - RƏSMİ

“Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində kollektorda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov deyib.

O bildirib ki, gecə saatlarında da FHN qüvvələri fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər:

“Bu saata olan məlumata əsasən, 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda ərazidən suyun çəkilərək kənarlaşdırılması nazirliyin qüvvələri tərəfindən davam etdirilir”.


SON XƏBƏRLƏR