Son günlərdə bir çox insan özünü daha düşüncəli, qərarsız və ya daxili olaraq narahat hiss edə bilər. Bu hal təsadüfi deyil. Çünki astroloji baxımdan bəzi bürclər üçün daha aktiv və dönüş nöqtəsi sayılan bir dövr başlayır.
Bakıvaxtı.az xəbər verir ki, qarşıdakı günlər xüsusilə müəyyən bürclər üçün yeni qərarlar, gözlənilməz hadisələr və daxili dəyişikliklərlə yadda qala bilər.
Qoç – Uzun müddətdir ertələdiyin mövzular yenidən gündəmə gələ bilər. Artıq qərar vermək və addım atmaq üçün uyğun zamandır.
Xərçəng – Daxilində saxladığın hisslər daha açıq şəkildə özünü göstərə bilər. Ünsiyyət qurmaq və içindəkiləri ifadə etmək rahatlıq gətirəcək.
Oğlaq – Planlı hərəkət etməyi sevsən də, bu dəfə bəzi gözlənilməz dəyişikliklərə uyğunlaşmalı olacaqsan.
Dolça – Yeni tanışlıqlar və ya fərqli situasiyalar gündəmə gələ bilər. Bu dəyişikliklər baxış bucağını genişləndirə bilər.
Aynur Babazadə
Bakı 




