• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Rusiyalı general öldü

DÜNYA

06 Aprel 2026 | 11:58

Rusiyalı general öldü

Martın 31-də Krımda An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya Şimal Donanmasının 45-ci ordusunun və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Otroşenko da ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis deyib.

“Ötən həftə faciə baş verdi: Şimal Donanmasının hərbçiləri Krımda təyyarə ilə qəzaya uğradılar. Təəssüf ki, onların arasında dəniz aviasiyasının komandiri Aleksandr İvanoviç Otroşenko da var idi”, - Çibis bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus An-26 təyyarəsinin Krımda qəzaya uğraması nəticəsində 29 nəfər həlak olmuşdu.


SON XƏBƏRLƏR