• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Çin ruslar üçün vizasız rejimin müddətini uzada bilər

DÜNYA

06 Aprel 2026 | 14:20

Çin ruslar üçün vizasız rejimin müddətini uzada bilər

Çin Rusiya vətəndaşları üçün vizasız səyahət müddətini bir il, yəni 2027-ci ilin sentyabr ayına qədər uzatmaq istəyi barədə Rusiyaya məlumat verib.

Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Tərəfdaşlarımız artıq rusiyalılar üçün vizasız rejimi daha bir il uzatmaq istəklərini bizə bildiriblər. Biz qarşılıqlı səyahət razılaşmalarını qorumaq üçün üsullar hazırlamaq üçün onlarla birlikdə çalışırıq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Çin 15 sentyabr 2025-ci il tarixindən etibarən Rusiya vətəndaşları üçün bir illik vizasız rejim tətbiq edib. Hazırda ölkəyə səyahət etmək üçün yalnız xarici pasport tələb olunur. Buna cavab olaraq Rusiya da 1 dekabr 2025-ci il tarixindən etibarən vizasız rejim tətbiq edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR