• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Rusiyanın Cənubi Qafqaz planı: Kreml “Qarabağ kartı”nı istifadəyə qaytarır

SİYASƏT

06 Aprel 2026 | 13:48

Rusiyanın Cənubi Qafqaz planı: Kreml “Qarabağ kartı”nı istifadəyə qaytarır

“Rusiya Cənubi Qafqazı qarışdırmaq planlarından tam əl çəkməyib və bunu iki istiqamətdə davam etdirməyi düşünür”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Əsədli deyib.

Ekspert bildirib ki, Kreml çoxdan vurulmuş “Qarabağ kartı”nı təzədən istifadəyə qaytarmaqla Ermənistanda gözlənilən seçkilərdə öz proksi qüvvələrinə hər cür dəstək vermək niyyətindədir:

“Lakin əvvəlki dövrlərdən fərqli olaraq Ermənistanın müharibə şəraitində olmaması və Rusiyanın, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsinə ehtiyac duyulmaması Nikol Paşinyana sələflərindən çox daha müstəqil davranmağa imkan verir. Yəni görünən odur ki, rəsmi Bakının xəbərdarlıqları fonunda Ermənistan rəhbərliyi artıq başa düşməkdədir ki, Azərbaycanla müharibə və Azərbaycan torpaqlarının işğalı əslində uzun bir dövr ərzində Ermənistanın suverenliyi üçün təhdid yaradan rıçaq kimi çıxış edib”.

Samir Əsədli: Rusiyanın himayəsinə ehtiyac duyulmaması Paşinyana daha müstəqil davranmağa imkan verir

Analitik əlavə edib ki, Ermənistanın Baş nazirinin “Qarabağ hərəkatına son qoyulmalıdır” kimi bəyanatı isə öz növbəsində Rusiyanın Ermənistandakı əsas dayaqlarından olan revanşist dairələrlə bağlı barışmaz mövqeyi davam etdirməklə Moskvanın Ermənistan üzərindəki təsirlərinin azaldılması istiqamətində addımlarında israrlı olacağını göstərir:

“Amma Ermənistan Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olsa, heç şübhəsiz ki, kənardan hər hansı qüvvənin uzunmüddətli perspektivdə Ermənistan üzərində təsir rıçaqları formalaşdırmasına imkan verməyəcək. O cümlədən də şimal qonşumuzun da istifadə etmək cəhdlərində bulunduğu “Qarabağ kartı” effektsiz və perspektivsiz alət kimi tarixin arxivinə qarışacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR