Fransa Milli Dəniz Qüvvələri sualtı gəmidə yerləşdirilə bilən Amerika Birləşmiş Ştatlarında (ABŞ) istehsal olunmuş sualtı dronu sınaqdan keçirib.
Bakıvaxtı.az capital.fr portalına istinadla xəbər verir ki, “Razorback” adlanan sualtı dron Tulon sahillərində test edilib. Dron “Suffren” adlı sualtı gəmidən buraxılıb.
Məqsəd sualtı gəminin bu tip dronu kəşfiyyat üçün göndərə bilmə imkanını qiymətləndirmək, daha riskli əməliyyatlardan əvvəl vəziyyəti öyrənmək olub.
“Razorback” sualtı dronu, əslində, mülki “Remus 620” dronunun alternatividir. Dronun əsas üstünlüyü təhlükəsizlik məsafəsini qoruyaraq, ərazini kəşfiyyat məqsədilə araşdırmaq imkanını təmin etməsidir. Bildirildiyinə görə, bu sınaqlar ABŞ Dəniz Qüvvələri ilə effektiv əməkdaşlığın sübutudur.
Bakı 




